AZ

Pakistanda qatar partladıldı:Xeyli sayda ölən var

Pakistanın cənub-qərbindəki Kvetta şəhərində qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Associated Press of Pakistan" agentliyi polisə istinadən xəbər verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış dəmir yolu xəttinin Çaman-Phatak rayonu yaxınlığındakı hissəsində, sərnişin qatarı oradan keçdiyi zaman baş verib. Yaxınlıqda dayanan avtomobillərə də ziyan dəyib.

"Geo" telekanalının məlumatına əsasən, hadisə nəticəsində 20-dən çox insan yaralanıb. Hadisə yerinə xilasedicilər cəlb olunub, yerli tibb müəssisələrində fövqəladə vəziyyət elan edilib.

Seçilən
73
redaktor.az

1Mənbələr