AZ

“İmişli” “Karvan-Yevlax”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünə yekun vurulacaq.

Publika.az xəbər verir ki, 33-cü turun son günündə bir oyun baş tutacaq.

“İmişli” elitanı tərk etməsi dəqiqləşən “Karvan-Yevlax”la qarşılaşacaq. Qubada keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək.

Daha əvvəl keçirilən oyunlarda “Qəbələ” “Şamaxı”ya (3:1), “Araz-Naxçıvan” “Zirə”yə (3:2) qalib gəlib, “Turan Tovuz” “Sabah”a (1:2), “Sumqayıt” “Qarabağ”a (3:4), “Kəpəz” “Neftçi”yə (0:1) uduzub.

Seçilən
38
publika.az

1Mənbələr