AZ

Medvedev Ukraynanı “daha güclü” vurmağa çağırdı - FOTO

Kiyevə endirilən kütləvi raket zərbələrindən sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında növbəti qalmaqallı və aqressiv bəyanatla çıxış edib.

Sadist meylləri və Ukraynaya qarşı nifrət dolu çıxışları ilə tanınan rusiyalı məmur, Kiyevdə mülki insanların ölümünə və dinc sakinlərin yaşayış binalarının dağılmasına səbəb olan hücumları az hesab edərək, Ukraynanı "daha güclü" vurmağa çağırıb.

Medvedev öz paylaşımında Ukrayna rəhbərliyini təhqir edərək iddia edib ki, Kiyev rəsmiləri Qərbdən pul və silah qoparmaq, həmçinin seçiciləri öz ətrafında birləşdirmək üçün bu cür kütləvi zərbələrin endirilməsində maraqlıdır.

Rusiya rəsmisi Ukrayna şəhərlərinin tamamilə yerlə-yeksan edilməsinin vacibliyini vurğulayaraq bu ifadələri işlədib:

"Vurmaq lazımdır – həm bugünkü kimi, həm də qat-qat güclü! Çünki onların paytaxt rəmzlərinin yerində qalan xarabalıqlar və boz kül, düşməni döyüş bayrağının itirilməsindən az demoralizə etmir."

Ukrayna tərəfi və beynəlxalq müşahidəçilər Medvedevin bu bəyanatını növbəti hərbi cinayətə çağırış və terror ritorikası kimi qiymətləndiriblər.

Ekspertlərin fikrincə, dinc sakinlərin qətlini və mülki infrastrukturun dağıdılmasını "düşmənin demoralizasiyası" kimi qələmə verən bu açıqlama, Rusiyanın Ukraynada apardığı müharibənin əsl terror mahiyyətini bir daha nümayiş etdirir.


Seçilən
29
9
news365.az

10Mənbələr