AZ

Vətən Müharibəsi qazisi vəfat edib

Lerik rayonunda Vətən Müharibəsi qazisi və müəllim kimi tanınan Şamo İbadov vəfat edib.

Far.Az xəbər verir ki, onun ölümü rayon ictimaiyyəti və onu tanıyanlar tərəfindən böyük üzüntü ilə qarşılanıb.

Bildirilir ki, Şamo İbadov pedaqoji fəaliyyətini dayandıraraq 44 günlük Vətən Müharibəsində könüllü şəkildə iştirak edib və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərib.

Müharibədən sonra səhhətində ciddi problemlər yaranan qazinin ağır xəstəlikdən əziyyət çəkdiyi qeyd olunur. Buna baxmayaraq, o, hər zaman iradəsi, mübariz ruhu və vətənpərvərliyi ilə seçilib.

Seçilən
73
19
far.az

10Mənbələr