AZ

Baş nazir: Pakistanın yaxın vaxtlarda ABŞ-İran danışıqlarına ev sahibliyi edəcəyinə ümid edirik

Pakistanın yaxın vaxtlarda ABŞ-İran danışıqlarına ev sahibliyi edəcəyinə ümid edirik...

APA xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif X-da paylaşımında bildirib.

“ABŞ Prezidenti Donald Trumpı sülhün təmin olunması istiqamətində göstərdiyi fövqəladə səylərə və bu gün Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri İordaniya və Pakistan liderləri ilə keçirdiyi çox faydalı və məhsuldar telefon danışığı münasibətilə təbrik edirəm. Telefon danışığında Pakistanı feldmarşal Syed Asim Munir təmsil edib və mən onun bütün proses boyunca göstərdiyi yorulmaz səyləri yüksək qiymətləndirirəm. Müzakirələr mövcud regional vəziyyət və bölgədə davamlı sülhün təmin olunması üçün aparılan sülh səylərinin necə irəli aparılması ilə bağlı fikir mübadiləsi üçün faydalı imkan yaradıb. Pakistan sülh səylərini tam səmimiyyətlə davam etdirəcək və biz danışıqların növbəti mərhələsinə çox yaxın zamanda ev sahibliyi edəcəyinə ümid edirik”, - deyə Pakistan Baş naziri qeyd edib.

Poliqon.info

Seçilən
28
5
poliqon.info

5Mənbələr