AZ

Lerikdə qazi olan müəllim vəfat edib

Lerikdə Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib.

Musavat.com xəbər verir ki, müəllim kimi fəaliyyət göstərən Şamo İbadov xəstəlik səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, o, pedaqoji fəaliyyətini müvəqqəti dayandıraraq 44 günlük Vətən müharibəsində könüllü şəkildə iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən qazilərdən biri olub.

Qeyd edək ki, Vətən müharibəsində iştirak etdikdən sonra Şamo İbadov ağır xəstəliyə tutulmuşdu.


Allah rəhmət eləsin.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
93
19
musavat.com

10Mənbələr