AZ

Pakistanda hərbçiləri daşıyan qatar partladıldı: Ölənlər var

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pakistanın Bəlucistan əyalətində hərbçiləri daşıyan qatarın keçidi zamanı dəmir yolu xətti yaxınlığında baş verən partlayış nəticəsində azı 24 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, Agence France-Presse-in məlumatına görə, hadisə bu gün Kvetta şəhərində qeydə alınıb.

Məlumata əsasən, partlayıcı qurğu qatar son dayanacağa təxminən 1 kilometr qalmış işə düşüb. Güclü partlayış nəticəsində qatarın iki vaqonu relsdən çıxaraq yanmağa başlayıb. Hadisə yerindən qalın qara tüstünün yüksəldiyi bildirilir. Yaxınlıqda dayanmış avtomobillərə də ziyan dəyib.

Bəlucistan hökumətinin nümayəndəsi Babar Yousafzai bildirib ki, hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır, lakin əlavə təfərrüat açıqlanmayıb.

Hadisə yerindən yayılan kadrlarda yaxınlıqdakı tikililərin dağıldığı, insanların aşmış vaqonların üzərinə çıxaraq içəridə qalan şəxslərə yardım göstərməyə çalışdığı görünür./trend.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
news.milli.az

9Mənbələr