AZ

Usik Verhoeveni məğlub etdi

Ukraynalı boksçu Aleksandr Usik WBC, IBF və WBA ağır çəki titulları uğrunda döyüşdə hollandiyalı Riko Verhoeveni məğlub edib.

Musavat.com xəbər verir ki, döyüş 24 may tarixində Misirdə, Giza piramidaları fonunda baş tutub və Usik 11-ci raundda texniki nokautla qalib gəlib.

39 yaşlı Usik hazırda 25 peşəkar qələbə qazanıb (16-sı nokautla) və məğlubiyyətsiz olaraq qalır.

Bu, 37 yaşlı Verhoevenin peşəkar boksçu kimi ikinci döyüşü olub. Hollandiyalı əvvəllər kikboksinq üzrə ixtisaslaşıb. 

Musavat.com

Seçilən
12
5
musavat.com

6Mənbələr