AZ

Hindistanda günvurmadan ən azı 16 nəfər ölüb

Hindistanın cənubundakı Telangana ştatında şiddətlənən isti hava dalğaları fonunda ən azı 16 nəfər isti hava vurmasından ölüb.

Ucnoqta.az bildirir ki, bu barədə ştatın İnformasiya və İctimaiyyətlə Əlaqələr Nazirliyi məlumat verib.

Telangana hakimiyyəti şiddətlənən isti hava dalğası səbəbindən təcili iclas keçirib. Sakinlərə xüsusi tədbirlər görmək və mütləq zərurət olmadığı təqdirdə gün ərzində açıq havada olmaqdan çəkinmək tövsiyə olunub.

Seçilən
57
ucnoqta.az

1Mənbələr