AZ

Pakistanda qatar partladılıb - azı 16 nəfər həlak olub

Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində sərnişin qatarının partladılması nəticəsində azı 16 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Azreform.info xəbər verir ki, bu barədə "Associated Press of Pakistan" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış Çaman-Phatak ərazisi yaxınlığında dəmir yolu xəttində, sərnişin qatarının hərəkətdə olduğu vaxt baş verib. Hadisə nəticəsində yaxınlıqda park edilmiş avtomobillərə də ziyan dəyib.

“Geo” telekanalının məlumatına əsasən, partlayış zamanı 20-dən çox insan xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Seçilən
34
2
azreform.info

4Mənbələr