“Şamaxı”dan ayrılacaq Rüfət Abbasovun karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az-a verilən məlumata görə, gənc futbolçu “Neftçi” ilə anlaşıb. Abbasovun ölkəxaricindən də təkliflər var idi. Ancaq o, “ağ-qaralar”dan gələn sərfəli təklifi qəbul edib.
Millimizin üzvü “Neftçi”də illik 260 min manat maaşa razılaşıb. Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Rüfət Abbasov “Neftçi”nin yetirməsidir. Bakı təmsilçisi 2 il öncə gənc futbolçusu ilə yollarını ayırıb. Abbasov bu mövsüm “Şamaxı”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 1 qol və 7 məhsuldar ötürməylə yadda qalıb.