ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib.
"AzPolitika"-nın AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb.
Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb.
Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.

Onu da qeyd edək ki, ötən gecə Rusiya Ukrayna paytaxtı Kiyevə müharibə boyu ən ağır hava zərbələri endirib.
Rusiya Kiyevə ilk dəfə olaraq “Oreşnik” ballistik raketi ilə zərbə endirib. Kiyev meri Vitali Kliçko bildirib ki, düşmənin paytaxta kütləvi hücumu nəticəsində şəhərin bütün rayonlarında ziyan qeydə alınıb.
Darnitski rayonunda PUA-ların qalıqları və raketləri yataqxana binasına, bir neçə qeyri-yaşayış sahəsinə, xidmət stansiyasına və yaşayış binasının yaxınlığında park edilmiş avtomobillərə zərər vurub. Bir məktəbin sığınacağının qarşısı çöküb, insanlar içəridə qalıb.
Obolonski rayonunda PUA özəl birmərtəbəli yaşayış binasına dəyib. PUA həmçinin üçmərtəbəli yaşayış binasına da dəyib və açıq ərazidə yanğına səbəb olub. Eyni rayonda PUA-nın vurması 16 mərtəbəli yaşayış binasında yanğına və başqa bir yaşayış binasına yayılan açıq ərazidə yanğına səbəb olub.
Şevçenkivski rayonunda iki yaşayış binası və bir ofis binası düşən raket qalıqları nəticəsində zədələnib və dayanacaqdakı avtomobillər yanıb. Həmçinin, dağıntıların düşməsi nəticəsində iki məktəbin ərazisində yanğınlar baş verib. Yaşayış binaları arasındakı qaz borusunda baş verən yanğın da söndürülüb.
Dneprovski rayonunda yaşayış binasının damına dağıntılar düşüb. Şəxsi evə dron zərbəsi də yanğına səbəb olub. Anbar və qaraj kooperativi də zərər görüb.
Svyatoshinski rayonunda raket qalıqları birmərtəbəli şəxsi evə düşüb.
Podolski rayonunda dağıntılar qeyri-yaşayış sahəsinə də düşüb.
Qolosevski rayonunda raket qalıqları 24 mərtəbəli yaşayış binasının damına düşüb.
Desnyanski rayonunda dron qalıqları supermarketə və ticarət mərkəzinə dəyib.
Solomenski rayonunda dron 24 mərtəbəli yaşayış binasının 23-cü mərtəbəsinə dəyib, yanğın konstruksiyalara ziyan vurub.
Peçerski rayonunda dron 20 mərtəbəli yaşayış binasına dəyib və yanğına səbəb olub.
Bütün təcili yardım xidmətləri hücumun nəticələrini aradan qaldırmaq üçün yerində işləyir.
Kiyev metrosunun Lukyanovka stansiyasının vestübülü dağılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.