AZ

"Pakistan tezliklə ABŞ-İran danışıqlarına ev sahibliyi edəcəyinə ümid edir"

Pakistan tezliklə ABŞ və İran arasında yeni danışıqlar mərhələsinin keçiriləcəyi məkana çevrilməyə ümid edir.

"Report" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

"Pakistan sülh səylərini son dərəcə səmimiyyətlə davam etdirəcək və ümid edirik ki, danışıqların növbəti mərhələsinə çox tezliklə ev sahibliyi edəcəyik", - deyə o, X-də yazıb.

Pakistanın Baş naziri ABŞ Prezidenti Donald Trampı sülh səyləri və Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir, BƏƏ, İordaniya və Pakistan nümayəndələri ilə səmərəli telefon danışığı münasibətilə təbrik edib.

O, bu danışıqların mövcud regional vəziyyət və münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti addımlar barədə fikir mübadiləsi aparmağa imkan verdiyini söyləyib.

"Cebheinfo.az"

Seçilən
2
1
cebheinfo.az

3Mənbələr