AZ

Ağ Evin yaxınlığında atəş açan şəxs öldürülüb

ABŞ Gizli Xidməti Ağ Evin yaxınlığında atəş açan şəxsin öldürüldüyünü təsdiqləyib...

Poliqon xəbər verir ki, ABŞ Gizli Xidməti hadisənin Ağ Evin yaxınlığında, baş verdiyini, bir kişinin çantadan silah çıxararaq Pensilvaniya prospekti ilə 17-ci küçənin kəsişməsində atəş açdığını açıqlayıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları cavab atəşi ilə onu ölümcül yaralayıblar. Ətrafda olan bir nəfər də yaralanıb.

"Gizli Xidmət cavab atəşi açaraq şübhəlini yaralayıb, şübhəli yerli xəstəxanaya aparılıb və orada ölüb. Atışma zamanı ətrafda olan bir nəfər də yaralanıb. Heç bir zabit xəsarət almayıb", - açıqlamada bildirilir. 

Ağ Evin nəzarət-buraxılış məntəqəsində baş verən atışmada şübhəlinin Nasir Best olduğu müəyyən edilib. 

Onun əvvəllər hüquq-mühafizə orqanlarının nəzarəti altında olduğu və psixoloji problemlərinin olduğu bildirilir.

Best Merilenddə yaşayıb və əvvəllər Məxfi Xidmət tərəfindən 26 iyun 2025-ci ildə agentləri təhdid etdiyinə görə, iki həftə sonra isə əraziyə qanunsuz daxil olduğuna görə saxlanılıb.

Gizli Xidmət Ağ Ev yaxınlığında baş verən atışma ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Ağ Ev yaxınlığında baş verən atışma son aylarda ABŞ paytaxtının mərkəzində baş verən dördüncü atışmadır. (apa)

Poliqon.info

Seçilən
19
6
poliqon.info

8Mənbələr