AZ

Həkimlərdən kritik xəbərdarlıq Bu səhər yeməyi vərdişindən uzaq durun

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Səhər yeməyi bir çox insan üçün günə enerjili başlamağın əsas hissəsidir. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, süfrələrimizdən əskik olmayan bəzi qidalar ürək sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Xüsusilə ağ undan hazırlanan məhsulların düşündüyümüzdən daha zərərli olduğu bildirilir.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, simit, ağ çörək, açma və poğaça kimi məhsullar rafinə olunmuş undan hazırlanır. Bu proses zamanı taxılın lif və faydalı hissələri ayrılır, geridə isə orqanizmdə sürətlə şəkərə çevrilən nişasta qalır. Nəticədə qan şəkəri kəskin yüksəlir və bədən bunu tarazlamaq üçün çox miqdarda insulin ifraz edir. Bu prosesin davamlı təkrarlanması damarların daxili qatına zərər verir.

Araşdırmalarda qeyd olunur ki, yüksək şəkər və insulin səviyyəsi damar divarlarında zədələnmələr yaradaraq damar sərtliyinə səbəb ola bilər. Bundan əlavə, rafinə karbohidratların orqanizmdə iltihab yaradan maddələrin artmasına gətirib çıxardığı vurğulanır. Bu isə ürək-damar xəstəliklərinin əsas risk faktorlarından hesab olunur. pizza

Məqalədə həmçinin trans yağların təhlükəsinə diqqət çəkilir. Xüsusilə market və ya şirniyyat dükanlarında satılan bəzi xəmir işlərinin hazırlanmasında istifadə edilən marqarin və sənaye tipli yağların “pis” xolesterini artırdığı, “yaxşı” xolesterini isə azaltdığı bildirilir.

Mütəxəssislər sağlam seçim kimi ağ undan hazırlanan məhsullar əvəzinə tam taxıllı çörəkləri, yağlı xəmir işləri yerinə isə yumurta, lor pendiri və zeytun yağı ilə hazırlanan qidaları tövsiyə edir. Onların fikrincə, hər səhər edilən qida seçimi ürəyin sağlamlığına birbaşa təsir göstərir. 

Aydan Hacı 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
3
yenisabah.az

4Mənbələr