AZ

Axalkalaki-Qars dəmir yolu fəaliyyətə başladı

Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib.

Publika.az-ın məlumatına görə, baş nazir bu barədə "Facebook" səhifəsində yazıb.

"Axalkalaki-Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən məmnunam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlara təşəkkür edirəm", - deyə Paşinyan bildirib.

O əlavə edib ki, hazırda Ermənistan Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə Rusiya ilə, habelə Rusiya və Qazaxıstan vasitəsilə Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub.

Seçilən
32
15
publika.az

2Mənbələr