AZ

Çelsi və Liverpul maraqlandı, Nottinqem Forest müqaviləni uzatdı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Nottinqem Forest" 23 yaşlı braziliyalı müdafiəçi Murillo ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müdafiəçi ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. 

Yeni anlaşmaya qol çəkən brazliyalı futbolçu hissələri belə ifadə edib: "Bu, klubla ikinci müqaviləmin uzadılmasıdır və mən çox xoşbəxtəm. Bu, gerçəkləşən bir xəyaldır, bu, mənim, ailəm və karyeram üçün həqiqətən vacibdir. Bu, komanda üçün nə qədər vacib olduğumu, insanların mənə etibar etdiyini göstərir. Həmçinin azarkeşlərə təşəkkür etmək istəyirəm, çünki onlar təkcə mənim üçün deyil, həm də komanda üçün həqiqətən vacibdirlər və mən onlarla çox qürur duyuram".

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Çelsi" və "Liverpul"un müdafiəçi ilə maraqlandığı xəbəri yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
sport24.az

1Mənbələr