AZ

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, bu yaxınlarda baş tutmuş Çin-ABŞ sammitində Si Cinpin bildirib ki, Sanae Takaiçi və Tayvan Prezidenti Lay Sinde regional sülh üçün təhlükə yaradır və Trampı onlara dəstək verməməyə çağırıb.

Buna cavab olaraq Amerika lideri qeyd edib ki, Takaiçi siyasətçi kimi belə tənqidə layiq deyil.

Tokio ilə Pekin arasında münasibətlər Takaiçinin ötən ilin noyabrındakı bəyanatlarından sonra mürəkkəbləşib. O zaman Takaiçi ehtimal etmişdi ki, Çinin Tayvana mümkün hücumu Yaponiyanın hərbi cavabı üçün əsas ola bilər.

Yaponiyanın Baş nazirinin dəftərxanası, ölkənin Xarici İşlər Nazirliyi və ABŞ-nin Tokiodakı səfirliyi dərc olunan məlumatı hələlik şərh etməyib.

Çinə iki günlük səfəri başa çatdıqdan sonra Tramp Takaiçi ilə telefonla danışıb. Yaponiyanın Baş nazirinin sözlərinə görə, tərəflər Yaponiya-Amerika ittifaqının "sarsılmaz" xarakterini təsdiqləyiblər.

Seçilən
44
1
far.az

3Mənbələr