AZ

Sığorta şirkətlərinin rəhbərləri - FOTO

Maliyyə idarəetməsi ən məsuliyyətli sahələrdən biri hesab olunur. Xüsusilə də milyonlarla manatlıq dövriyyəyə malik şirkətlərin idarə olunması ciddi peşəkarlıq və təcrübə tələb edir.

Bu şirkətlərin strateji inkişafı, maliyyə sabitliyi və bazardakı mövqeyinin qorunması isə birbaşa rəhbər şəxslərin üzərinə düşür.

Elə buna görə də Valyuta.az milyonluq dövriyyəyə malik Azərbaycanın sığorta şirkətlərində İdarə Heyəti Sədrlərinin kimlər olduğunu və onların karyera yollarını araşdırıb.

“A-Qroup Sığorta” ASC

Məmməd Atakişiyev 

Məmməd Atakişiyev 24 iyul 2023-cü il tarixindən etibarən bu vəzifədə çalışır.

Əliyev Azər Əmiraslan oğlu

“Atəşgah Həyat Sığorta” ASC

Əliyev Azər Əmiraslan oğlu

Azər Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib və iqtisad elmləri namizədidir.

O, 2012-ci ildən “Atəşgah” Sığorta Şirkətində Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. 2015-ci ilin oktyabr ayından İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

2016-cı ilin dekabr ayından etibarən isə “Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Atəşgah” Sığorta Şirkətinə yeni sədr - TƏYİN OLUNUB - FED.az

“Atəşgah Sığorta” ASC

Əhmədov Elçin Rəşid oğlu 

Elçin Əhmədov 1 mart 2025-ci il tarixindən “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

İxtisasca iqtisadçı olan E.Əhmədov N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirib, xaricdə təhsil və hazırlıq kursları keçib.

O, iqtisad elmləri namizədidir.

“Azərbaycan Sənaye Sığorta” ASC

Mirzəyev İlkin Şahin oğlu 

İlkin Mirzəyev bu vəzifəyə qədər İcbari Sığorta Bürosunda Maliyyə Departamentinə rəhbərlik edib.

Daha əvvəl fəaliyyəti dayandırılmış “Günay Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, şirkətin Direktorlar Şurasının sədri Rəşad Əhmədov da İcbari Sığorta Bürosundan gəlib. O, 2024-cü ilin ikinci yarısına qədər İSB-nin icraçı direktoru olub.

“AzSığorta” ASC

Soltanov Yusif Rəhim oğlu

Yusif Soltanov 2021-ci ildə “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gəlib.

O, 2018-ci ildə şirkətin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Y.Soltanov Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb. Eyni zamanda Belarus Respublikası Mülki Müdafiə Universitetini fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ixtisası üzrə fərqlənmə ilə bitirib.

Qeyd edək ki, “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.

Meqa Həyat Sığorta”nın sədri dəyişdi

“Meqa Sığorta” ASC

İbrahimli Uğur Azad oğlu 

Uğur İbrahimli 2021-ci ilin aprel ayından “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Qeyd edək ki, o, bundan əvvəl ana şirkət olan “Meqa Sığorta” ASC-də sədr müavini vəzifəsini icra edib.

Ülviyyə Cabbarova: “Bacarıqlarının fərqində olan qadın uğurlu qadındır.”

“PAŞA Həyat Sığorta” ASC

Cabbarova Ülviyyə 

Ülviyyə Cabbarova 11 iyun 2025-ci il tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

O, 2008-ci ildən etibarən şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2012-ci ildən isə Baş İcraçı Direktor kimi fəaliyyət göstərib.

Ülviyyə Cabbarova eyni zamanda Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədridir.

Tibb üzrə ali təhsilə malik olan Ülviyyə Cabbarova Stanford Graduate School of Business və INSEAD kimi nüfuzlu ali təhsil müəssisələrində liderlik proqramlarını bitirib.

Niyaz Rövşən oğlu İsmayılov

“PAŞA Sığorta” ASC

İsmayılov Niyaz 

Niyaz İsmayılov ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pilləsi üzrə başa vurub.

2013-cü ildə ABŞ-ın Harvard Business School nəzdində “High Potentials Leadership” proqramını, Böyük Britaniyanın London Business School nəzdində isə “Executing Strategy for Result” və “Leading Change and Growth” proqramlarını bitirib.

2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib, 2009–2010-cu illərdə həmin şirkətdə anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib.

2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2016-cı ilin yanvar ayından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

N.İsmayılov 2017–2025-ci illərdə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 11 iyun 2025-ci ildən etibarən isə “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri/Baş icraçı direktoru vəzifəsini icra edir.

Qala Həyat”a yeni sədr təyin edildi

“Qala Həyat Sığorta” ASC

Talıbov Anar Talıb oğlu

Anar Talıbov 2020-ci ilin avqust ayından “Qala Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

O, 2019-cu ilin noyabrına qədər “AzSığorta” ASC-nin Direktorlar Şurasının üzvü kimi çalışıb. Daha əvvəl isə “AzSığorta” ASC-nin İdarə Heyətində sədr vəzifəsini icra edib.

Anar Talıbov iki ali təhsil alıb. O, 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, 2010-cu ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

“Qala Sığorta” ASC

Allahverdiyev Fuad Kamran oğlu 

Fuad Allahverdiyev 2024-cü ilin dekabr ayında “Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

Orxan Əfəndiyev “Xalq Həyat Sığorta” şirkətinə - SƏDR TƏYİN EDİLDİ  | FED.az

“Xalq Həyat Sığorta” ASC

Əfəndiyev Orxan Oqtay oğlu

Orxan Əfəndiyev 2 aprel 2025-ci il tarixindən “Xalq Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə başlayıb.

O, 2005-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə yüksək balla qəbul olaraq Prezident təqaüdçüsü olub.

2009-cu ildə bakalavr təhsilini fərqlənmə ilə başa vurduqdan sonra 2010–2012-ci illərdə Bakı Dövlət Universitetində magistraturanı fərqlənmə ilə bitirərək ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisasına yiyələnib.

O.Əfəndiyev maliyyə və sığorta sektorunda 17 ildən çox iş təcrübəsinə malikdir.

İlk iş fəaliyyətinə 2008-ci ildə “A-Qroup” sığorta şirkətində aktuar kimi başlayıb. Daha sonra fəaliyyətini “Azərbaycan Sənaye Sığorta” şirkətində məsul aktuar kimi davam etdirib.

2019–2024-cü illərdə isə “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

“Xalq Sığorta” ASC

Vəliyev Roman Alpaşa oğlu

Roman Vəliyev 2023-cü ildə “Xalq Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

“Meqa Həyat Sığorta” ASC

Ağamalıyev Emil İsbəndiyar oğlu

Emil Ağamalıyev 11 may 2023-cü il tarixindən “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

“İpək Yolu Sığorta” ASC

İmanov Niyazi Cavanşır oğlu

Niyazi İmanov karyerasına 2002-ci ildən "Azal Sığorta" şirkətində başlayıb. O, həmin şirkətin İdarə Heyətində təmsil olunub. 1995-ci ildə yaradılan "Azal Sığorta" şirkətinin isə adı dəyişdirilmiş, 23 iyun 2011-ci ildən "İpək Yolu Sığorta" adı ilə fəaliyyətini davam etdirməyə başlayıb. Niyazi İmanov 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi üzrə bakalavr, 2001-2003-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetdə biznesin idarə edilməsi üzrə MBA dərəcəsi alıb. 2003-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində sığorta üzrə iqtisad elmləri fəlsəfə doktoru adını qazanıb, 

2015-2017-ci illərdə Hollandiyanın “Maastricht School of Management” universitetinin “Executive MBA” dərəcəsi, 2015-2017-ci illərdə, həmçinin, ADA Universitetinin Biznesin İdarəolunması üzrə MBA  dərəcəsini alıb.

Bu il sığorta ödənişlərimiz əsasən sel-subasma riskindən olacaqdır -  MÜSAHİBƏ ○ Aqrar Sığorta Fondu

“Aqrar Sığorta” ASC

Ləman Alıyeva-Məmişova

Ləman Alıyeva-Məmişova 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

O, 2017-2019-cu illərdə “AtaSığorta” ASC-nin Hüquq departamentinin Korporativ hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində çalışıb.

2019-2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin Hüquqi aktların ekspertizası sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib və Aqrar Sığorta Sisteminin formalaşdırılması üzrə işçi qrupun üzvü olub.

2020-2023-cü illərdə isə Aqrar Sığorta Fondunun Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Seçilən
63
news365.az

1Mənbələr