AZ

Şakiradan Dünya Çempionatı klipi: Messi və Holand da var VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futbol üzrə 2026 Dünya Çempionatının rəsmi mahnısı “Dai Dai” üçün çəkilən klip təqdim olunub.

İdman.Biz xəbər verir ki, kolumbiyalı müğənni Şakira mahnını nigeriyalı ifaçı Burna Boy ilə birlikdə səsləndirib.

Klipdə Lionel Messi, Kilian Mbappe, Erlinq Holand, Bukayo Saka və digər tanınmış futbolçuların görüntüləri yer alıb.

“Dai Dai” italyan dilində “davam et”, “irəli” mənasını verir. Mahnı futbol bayramının enerjisini, fərqli mədəniyyətlərin birliyini və Dünya Çempionatının ab-havasını əks etdirir.

FIFA-nın məlumatına görə, kompozisiyadan əldə olunan gəlirin bir hissəsi “FIFA Global Citizen Education Fund” layihəsinə yönəldiləcək.

Qeyd edək ki, 2026 Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyunda start götürəcək və 19 iyulda başa çatacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
10
icma.az

10Mənbələr