AZ

Yunanıstan karyerası 7 ay çəkdi

Rafael Benitesin Yunanıstan karyerası 7 ay çəkib.

"Football-plus.az" xəbər verir ki, “Panatinaikos” baş məşqçi ilə əməkdaşlığın sona çatdığını bəyan edib. Afina klubu 66 yaşlı ispaniyalı mütəxəssisə və onun məşqçilər heyətinə təşəkkür edib.

Benites “Panatinaikos”a ötən ilin oktyabrından rəhbərlik edirdi. Komanda bütün turnirlərdə onun başçılğı altında 41 oyun keçirib. Bu matçlarda 20 qələbə qazanıb, 11 dəfə heç-heçə edib və 10 dəfə məğlub olub.

“Panatinaikos” Yunanıstan çempionatını 49 xalla 4-cü yerdə başa vurub.

Seçilən
51
1
football-plus.az

2Mənbələr