AZ

“Qarabağ”ın AL-də bütün mümkün rəqibləri bəlli oldu – SİYAHI

2026-27 mövsümündə UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qarabağ”ın bütün potensial rəqibləri bəlli olub.

Doğru.az haqqin.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin son potensial rəqibi Slovakiyanın “Jilina” komandası olub. Belə ki, Moldova Kubokunun finalında “Şerif” “Zimbru”nu məğlub edib və nəticədə “Jilina” AL-yə vəsiqə qazanıb.

Beləliklə, səpələnmişlər qrupunda yer alacaq “Qarabağ”ın potensial rəqibləri aşağıdakılardır:

“Jilina” (Slovakiya)

“Voyvodina” (Serbiya)

“Universitatya Kluj” (Rumıniya)”

“Alüminiy” (Sloveniya)

“Derri Siti” (İrlandiya)

“Vestri” (İslandiya)

Xatırladaq ki, AL-də I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin ilk oyunları 9 iyul, cavab oyunları isə 16 iyulda keçiriləcək.

DOĞRU.AZ

Seçilən
60
34
dogru.az

10Mənbələr