Ukraynada gərgin döyüşlər davam edir.
Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) 159-cu briqadasından 780-dən çox əsgər yoxa çıxıb. Nəşr Rusiya təhlükəsizlik orqanlarına istinad edib. Məlumata görə, əsgərlərin hamısı Xarkov vilayətindəki Volçansk yaxınlığında itkin düşüblər.
"Hazırda briqadadan 786 hərbçi Volçansk istiqamətində aparılan döyüşlərdə itkin düşmüş kimi qeydə alınıb", - deyə mənbə agentliyə bildirib.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci ilin fevral ayından bəri davam edir. Cəbhə xətti boyunca şiddətli döyüşlər gedir və hazırda müharibə əsasən raket və PUA zərbələri ilə davam etdirilir. Eyni zamanda tərəflər arasında hərbi əsirlərin mübadiləsi kimi proseslər də davam edir. Hər iki tərəf xeyli sayda itkilərin verilməsi ilə bağlı iddialar səsləndirir.