Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.
"Ölkə.az" xəbər verir ki, mövsümün son oyunu Qubada keçiriləcək.
“İmişli” saat 16:00-da “Karvan-Yevlax”ı qəbul edəcək. Görüşü İnqilab Məmmədov idarə edəcək.
Jorj Kaşkilyanın rəhbərlik etdiyi “İmişli” 33 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Fizuli Məmmədovun çalışdırdığı Yevlax təmsilçisi isə sonuncu yeri tutaraq Premyer Liqanı tərk edəcək.
Qeyd edək ki, daha əvvəl keçirilən oyunlarda “Qəbələ” “Şamaxı”ya (3:1), “Araz-Naxçıvan” “Zirə”yə (3:2) qalib gəlib, “Turan Tovuz” “Sabah”a (1:2), “Sumqayıt” “Qarabağ”a (3:4), “Kəpəz” “Neftçi”yə (0:1) uduzub.
Azərbaycan Premyer Liqası
XXXIII tur
24 may
“İmişli” – “Karvan-Yevlax”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Quba Olimpiya İdman Kompleksinin stadionu