AZ

FİFA İranın istəyini qəbul etdi: ABŞ planı dəyişdi

2026-cı il dünya çempionatı öncəsi İran millisinin təlim-məşq toplanışının yeri dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, FİFA komandanın düşərgəsinin ABŞ-dan Meksikanın Tixuana şəhərinə köçürülməsini təsdiqləyib. İran Futbol Federasiyasının prezidenti Mehdi Taj qərarın FİFA və mundial təşkilatçıları ilə keçirilən görüşlərdən sonra verildiyini açıqlayıb.

İran millisi mundialdakı bütün qrup oyunlarını ABŞ-da keçirsə də, hazırlıq prosesini Meksikada davam etdirəcək. Komanda hazırda Türkiyənin Antalya bölgəsində məşqlərini davam etdirir. pizza mizza

 

 


Telegram kanalımız
Seçilən
35
1
yenisabah.az

2Mənbələr