AZ

NASCAR əfsanəsinin ölüm səbəbi açıqlandı

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

NASCAR üzrə ikiqat çempion Kayl Buşun ölüm səbəbi məlum olub.

İdman.Biz xəbər verir ki, amerikalı avtoidmançının ailəsi 41 yaşlı pilotun ağır pnevmoniyadan sonra yaranan sepsis səbəbindən vəfat etdiyini açıqlayıb.

Ailəyə təqdim olunan tibbi rəyə əsasən, ciddi pnevmoniya sepsisə çevrilib və bu, qısa müddətdə ağır fəsadlara yol açıb.

Qeyd olunur ki, Kayl Buş ölümündən bir gün əvvəl yarış simulyatorunda çalışarkən qəfil huşunu itirib. Bundan sonra o, təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Buş NASCAR “Cup Series”də 2015 və 2019-cu illərdə çempion olub. O, karyerası ərzində NASCAR-ın üç əsas seriyasında ümumilikdə 234 qələbə qazanıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
icma.az

1Mənbələr