AZ

Cessika Alba və qızı bacı kimi görünür

Məşhur aktrisa Cessika Alba "Instagram" hesabında qızı Onor ilə yeni fotosessiyasını paylaşıb.

Bizim.Media xəbər verir ki, şəkillərdə onlar ana və qızdan daha çox, iki bacıya bənzəyirlər.

17 yaşlı Onorun anasına olan inanılmaz bənzərliyi, Albanın isə hər zamankı kimi gənc və zərif görünüşü diqqətdən qaçmayıb.

Aktrisa paylaşımına «Ən yaxşı rəfiqəm və Qabriela Herst ilə bir axşam» şərhini yazıb.

Həmin gecə üçün Onor krujevalı tünd qırmızı (bordo) don, qəhvəyi pencək və eyni tonda ayaqqabı seçib. Cessika Alba isə qızının geyimi ilə harmoniya yaradaraq geniş balaqlı qəhvəyi şalvar, qara top və üzərindən naxışlı gödəkçə geyinib.

Bizim.Media

Seçilən
40
2
bizim.media

3Mənbələr