AZ

ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın Ukraynadakı səfirliyi Rusiyadan hücum təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, səfirlik növbəti 24 saat ərzində Rusiyadan Ukraynaya istənilən an kütləvi hava hücumunun ola biləcəyini bildirib.

Səfirlik ABŞ vətəndaşlarına xəbərləri izləməyi və hava həyəcanı elan ediləcəyi halda dərhal sığınacaqlara getməyə hazır olmağı tövsiyə edib.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiyanın "Oreşnik" raket sistemindən istifadə edərək zərbə endirməyə hazırlaşdığını bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
axar.az

2Mənbələr