AZ

Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib.

Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.

Qəza zamanı sürücü N. Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
5
far.az

10Mənbələr