AZ

Trampın telefon markasında qalmaqal: Şəxsi məlumatlar sızdırıldı FOTO

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın adı ilə təqdim edilən “Trump Mobile” smartfon layihəsi hələ satışa çıxmadan qalmaqalla gündəmə gəlib. Cihazı ön sifariş etmək istəyən təxminən 27 min nəfərin şəxsi məlumatlarının təhlükəsizlik boşluğu səbəbilə sızdığı bildirilib.

Sherg.az xəbər verir ki, şirkətin açıqlamasına görə, sızan məlumatlar arasında istifadəçilərin adları, ünvanları və telefon nömrələri yer alıb. Məsələ “müstəqil kibertəhlükəsizlik mütəxəssislərinin köməyi ilə” araşdırılır.

“Trump Mobile” sistemlərinin və əsas infrastrukturun birbaşa zərər görmədiyi iddia edilsə də, istintaqın davam etdiyi vurğulanıb. Kredit kartı və bank məlumatlarının sızmadığı qeyd olunub.

Şirkət istifadəçilərə şübhəli e-poçt, zəng və mesajlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Məlumata görə, təhlükəsizlik boşluğunu aşkar edən şəxs Avstraliyadan olan bir proqramçı olub və o, şirkəti əvvəlcədən xəbərdar edib. Bildirilir ki, saytda mövcud kodlaşdırma zəiflikləri səbəbindən hətta alış-verişi tamamlamayan istifadəçilərin belə məlumatları sistemdə saxlanılıb.

“Qızıl rəngli” və Tramp brendi ilə təqdim edilən telefonun 2025-ci ilin sonunadək satışa çıxarılması planlaşdırılsa da, layihənin gecikdiyi və hələlik tam reallaşmadığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
sherg.az

1Mənbələr