AZ

Ağ Ev yaxınlığında silahlı insident: Silahlı şəxs zərərsizləşdirildi

ain.az, Baku.ws saytına istinadən bildirir.

Vaşinqtonda Ağ Evin yaxınlığında silahlı insident baş verib.

BAKU.WS xəbər verir ki, ABŞ Məxfi Xidməti hadisədən sonra ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və jurnalistlər müvəqqəti olaraq təxliyə olunub.

Məlumata görə, naməlum şəxs Ağ Ev kompleksinin yaxınlığındakı yoxlama məntəqəsinə yaxınlaşaraq atəş açıb. Gizli Xidmət əməkdaşlarının cavab atəşi nəticəsində hücumçu yaralanıb və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı bir nəfərin də yaralandığı bildirilir. Məxfi Xidmət əməkdaşlarının isə xəsarət almadığı açıqlanıb.

ABŞ Prezidenti Donald Tramp insident zamanı Ağ Evdə olub və təhlükəsiz əraziyə yerləşdirilib. Onun xəsarət almadığı qeyd olunur.

Federal Təhqiqat Bürosu (FTB) əməkdaşlarının da hadisə yerinə cəlb olunduğu və araşdırmaların davam etdiyi bildirilib.

??? BREAKING: Footage from the White House reportedly shows a single law enforcement officer walking down the driveway.It may signal the immediate situation is contained, though nothing official has been confirmed.Still developing. https://t.co/DE0LtGQ2mJ pic.twitter.com/87o3ejkPI9

— Mario Nawfal (@MarioNawfal) May 23, 2026

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
baku.ws

2Mənbələr