AZ

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Adana vilayətində 4.9 bal gücündə zəlzələ olub.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Gecə saat 04:26-da baş verən zəlzələ yerin 8.6 kilometr dərinliyində olub.

    Zəlzələdən sonra heç bir hadisə qeydə alınmayıb.

    “Adana vilayətinin Saimbeyli rayonunda saat 04:26-da baş verən və Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde vilayətlərində də hiss edilən 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi hal qeydə alınmayıb. Sahədə tədqiqat işləri davam edir”, - AFAD-ın açıqlamasında deyilir.

    Seçilən
    16
    6
    manset.az

    7Mənbələr