AZ

Ukrayna ordusu kolleci vurdu: 21 ölü, 60 yaralı - VİDEO

Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA-larla hücumu nəticəsində ölənlərin sayı artıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 16 nəfər həyatını itirib, 42 nəfər isə yarlanıb.

Dağıntılar altında 5 nəfərin qaldığı vurğulanır.

Qeyd edək ki, Ukrayna ordusu kollecə ötən gün zərbə endirmişdi.

***

Starobilsk şəhərində kollec yataqxanasına endirilən zərbə nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Yaralıların sayı isə 60 nəfər təşkil edir.

Bildirilib ki, dağıntılar altında daha üç nəfərin qala biləcəyi ehtimal olunur.

***

Kollec yataqxanasına endirilən zərbə nəticəsində ölənlərin sayı 21-ə yüksəlib. /Axar.az/

Seçilən
21
turkustan.az

1Mənbələr