AZ

“Axalkalaki Qars dəmir yolu Ermənistandan ixrac və idxal üçün açıqdır... Avropa İttifaqı ilə də dəmiryol əlaqəsi yarandı...“

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan dəmir yolu kimi artıq Axalkalaki-Qars dəmir yolu da Ermənistandan ixrac və idxal üçün açıqdır." 

Moderator.az xəbər verir ki,  erməni mediasının məlumatına görə, bu barədə Baş nazir Nikol Paşinyan yazıb.

"Bu, ölkəmizin iqtisadi həyatında böyük bir hadisədir. Türkiyə və Gürcüstan tərəfdaşlarımıza minnətdaram. Bu gün Ermənistanın Gürcüstan və Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan ərazisi vasitəsilə Çinlə dəmir yolu əlaqəsi var. İndi isə Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi də yarandı.

Yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, daha sonra isə Naxçıvandan keçən Ermənistan-İran dəmir yolunun açılışı olacaq. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq", - deyə erməni baş nazir bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
20
moderator.az

10Mənbələr