AZ

Pakistan ABŞ və İran arasında yeni danışıqlara ev sahibliyi etmək istəyir

BAKI, 24 may. TELEQRAF

Pakistan yaxın zamanda ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raundunun məkanı olacağına ümid edir.

Teleqraf xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, Pakistan sülh səylərini maksimum səmimiyyətlə davam etdirəcək və növbəti danışıqlar mərhələsinə çox tezliklə ev sahibliyi etməyə ümid edir.

Şahbaz Şərif həmçinin ABŞ Prezidenti Donald Trampı sülhə nail olmaq istiqamətində göstərdiyi səylər və Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir, BƏƏ, İordaniya və Pakistan nümayəndələri ilə keçirdiyi məhsuldar telefon danışığı münasibətilə təbrik edib.

Pakistan hökumət başçısının sözlərinə görə, həmin danışıqlar zamanı regiondakı mövcud vəziyyət və münaqişənin sülh yolu ilə həlli istiqamətində atılacaq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
19
3
teleqraf.com

4Mənbələr