AZ

DİQQƏT!-avtomobilinizdə gizli kamera və səsyazan ola bilər-ŞANTAJ və XƏYANƏTlərin üstünü açan bu cihazlardan istifadə cinayət sayılırmı?-AÇIQLAMA

Tez-tez sosial şəbəkələr vasitəsilə satılan səsyazma cihazlarını, gizli kameraları görürük. O qədər də gözə çarpmayan bu cihazlar sosial şəbəkədə açıq-aşkar sürətlə yayılırvə müxtəlif məqsədlər üçün istifadə olunur. Moderator.az olaraq səsyazma cihazlarının və kiçik ölçülü kameraların satışını həyata keçirən bir neçə mağaza ilə əlaqə saxladıq. Satıcılar səsyazma cihazlarının qiymətlərinin 90 manatla 200 manat arası dəyişdiyini bildirdilər. Bəzi mağaza sahibləri və satıcılar bu cihazların satışının qadağan olunduğunu bildirsələr də, əksəriyyəti satışa heç bir qadağanın qoyulmadığını dedi:


“Satışı ilə bağlı heç bir problem yoxdur. Kim nə bilir ki, mən nə satıram?! Məndən satmaqdır! Kim necə istifadə edirsə bu artıq məni maraqlandırmır” deyə cavab verdilər. 


Əlbəttə ki, bu cihazlar alınıb istifadə olunandan sonra satıcını maraqlandırmaya bilər. Onun üçün əsas malını satıb, pulunu qazanmaqdır. Bəs görəsən qanun bu haqda nə deyir? Hüquqşünas Nəriman Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, bu kimi cihazların satışını qanun qadağan etməsə də, məhdudlaşdırıb:


“Bu artıq istifadəyə bağlı bir məsələdir. Bu cihaz vasitəsilə şəxsi həyata müdaxilə edib, kiminsə məxfilik hüququnu pozursansa bu artıq qanun pozuntusudur.

Qanunvericilikdə bu cihazların satışına hər hansı qadağa yoxdur. Azərbaycan Respublikasında şəxsi həyatın toxunulmazlığı konstitutsiya ilə qorunur. Belə ki, konstitutsiyanın 32-ci maddəsinə görə şəxsin icazəsi olmadan onun səs yazısının yazılması şəxsi həyata müdaxilə kimi sayılır. Xüsusilə də bu sosial şəbəkələrdə paylaşılıb 3-cü şəxslərə ötürülürsə, şantaj və nüfuzdan salmaq məqsədilə istifadə olunursa bu cinayət məsuliyyəti yarada bilər. Bu maddəyə görə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması, ağırlaşdırıcı hallarda isə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Bu kimi cihazlardan istifadə də istisna hallar var. Belə ki, əməliyyat axtarış haqqında qanuna görə hüquq-mühafizə orqanları bu cür gizli səsyazanlardan istifadə edə bilirlər. Məhkəmə təcrübəsində belə yanaşma var və ən çox qarışdırılan məqam da bundan ibarətdir. Əgər şəxs söhbətin birbaşa tərəfidirsə, bundan öz hüquqlarını qorumaq üçün-məsələn hədə, təhdid, dələduz cinayətinin sübutu kimi istifadə edirsə bu zaman cinayət məsuliyyəti yaratmır” deyə hüquqşünas bildirib.


Hüquqşünas bildirib ki, gizli səsyazan aşkar edən şəxs Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Bu zaman məsələ araşdırılacaq və həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Seçilən
19
1
moderator.az

2Mənbələr