ain.az, Demokrat.az saytına istinadən bildirir.
"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar.Demokrat.az "Carscoops" nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir.Avtomobil istehsalçılarının xüsusi tələblərinə uyğun hazırlanan "5W-30" və "0W-20" yağlarının tədarükü "Nissan" tərəfindən normalaşdırılır. Son bir həftə ərzində "5W-30" yağının tədarükü ötən illə müqayisədə 70%-ə, "0W-20" yağının tədarükü isə 55%-ə qədər azalıb."Toyota" isə öz dilerlərinə "0W-8" və "0W-16" yağlarının ehtimal olunan qıtlığı barədə xəbərdarlıq edib. Nəticədə dilerlərə alternativ variantlar tapmaq tövsiyə olunub.Xəbərdə bildirilir ki, sintetik yağların istehsalında istifadə edilən III qrup baza yağlarının təxminən yarısı ABŞ-yə idxal olunur.Müstəqil Sürtkü Materialları İstehsalçıları Assosiasiyası iyun ayına qədər ABŞ-yə Fars körfəzi regionundan gələn III qrup baza yağlarının tükənəcəyini proqnozlaşdırır.Assosiasiyanın ehtimalına görə, Yaxın Şərqdəki münaqişənin səbəb olduğu bu kəsir 2027-ci ilin ortalarına qədər davam edə bilər. Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.