BAKI, 24 may. TELEQRAF
Ermənistan Rusiyaya məhsul ixracı ilə bağlı yaranmış problemlərin konstruktiv mühitdə həll olunacağına ümid edir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “news.am” portalına müsahibəsində deyib.
Mirzoyanın sözlərinə görə, İrəvan ikitərəfli münasibətlərdə əlavə gərginlik yaratmaq niyyətində deyil.
XİN başçısı bildirib ki, o, rusiyalı tərəfdaşlarla dialoq zamanı ərik, şərab və araq ixracı ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
“Biz bunu tərəfdaşlarımızla konstruktiv və sağlam atmosferdə müzakirə edəcəyik. Ümid edirəm ki, yaxşı həll yolları tapacağıq”, - deyə Mirzoyan qeyd edib.