ain.az bildirir, sport24.az portalına istinadən.
"Botafogo"nun keçmiş çalışdırcısı Davide Ançelotti "Lill"in baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
"Lill" rəhbərliyi 36 yaşlı mütəxəssisi hazırkı məşqçi Bruno Jenezionun mümkün varisi kimi nəzərdən keçirir.
Mətvuatda yayılan xəbərlərə görə, Fransa klubunun namizədlər siyahısında 2025-ci ilin mart ayından bəri işsiz olan "Yuventus"un keçmiş baş məşqçisi Tiaqo Motta da var.
Qeyd edək ki, Karlo Ançelottinin oğlu ötən ilin iyulundan dekabr ayına qədər "Botafogo"nu çalışdırıb. Onun rəhbərliyi altında komanda Braziliya liqasında altıncı yeri tutub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.