AZ

D vitamini çatışmazlığı üçün ən ucuz və effektiv üsul

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Alimlər D vitamini çatışmazlığı ilə mübarizənin ən effektiv yollarından birini açıqlayıblar.Demokrat.az xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya əsasən, qış aylarında açıq havada idman etmək D vitamini səviyyəsini artırmağa kömək edir.Tədqiqatda həvəskar qaçışçılar və müntəzəm məşq etməyən insanlar iştirak ediblər. Könüllülərin bir qismi səkkiz həftə ərzində D vitamini əlavələri qəbul edib, digər qismi isə qəbul etməyib.Analizlərin nəticələrinə görə, vitamin qəbul edən şəxslərdə D vitamini səviyyəsi artsa da, açıq havada məşq edən qaçışçıların göstəriciləri də onlara yaxın olub.Alimlər bunu günəş şüalarının təsiri ilə əlaqələndiriblər. Bildirilir ki, hətta qış aylarında belə ultrabənövşəyi şüalar vasitəsilə orqanizm D vitamini istehsal edə bilir. Bunun üçün insanın mütəmadi olaraq açıq havada olması və dərisinin bir hissəsinin günəş işığı alması kifayətdir.Mütəxəssislərin sözlərinə görə, gündə 20-30 dəqiqə yüngül qaçış və ya digər fiziki fəaliyyət faydalı hesab olunur.Araşdırma zamanı həmçinin müəyyən edilib ki, D vitamini əlavələri immun sisteminə müsbət təsir göstərərək ağ qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Lakin vitamin qəbulunun fiziki dözümlülük və idman nəticələrinə ciddi təsiri aşkarlanmayıb.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
demokrat.az

1Mənbələr