AZ

Diabet riskini üç aya azaltmağın sadə yolu açıqlandı

Sadə qidalanma vərdişləri sayəsində diabet riskini cəmi üç aya azaltmaq mümkündür.


Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, diyetoloq-qastroenteroloq Nuriya Dianova bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.


Həkimin sözlərinə görə, prediabet və ikinci tip diabetin yaranmasına stres, az fiziki aktivlik və zərərli qidaların həddindən artıq istifadəsi səbəb olur. Dianova qeyd edib ki, bütün risk faktorlarını birdən-birə aradan qaldırmaq düzgün deyil.


O, ilk növbədə şirin qazlı içkilərdən və həddindən artıq şəkər istifadəsindən imtina etməyi tövsiyə edib.


"Şəkər əvəzinə şəkərsiz faydalı şirniyyatlardan, emal olunmamış quru meyvə və qoz-fındıqdan istifadə edin. Qazlı içkilərin yerinə isə meyvə, giləmeyvə, nanə və ya reyhan əlavə olunmuş suyu seçin", - deyə həkim bildirib.


Dianova əlavə edib ki, ağ undan hazırlanan məhsullar və emal olunmuş ət məhsullarının istifadəsini azaltmaq da diabet riskini aşağı salır. Onun sözlərinə görə, bu məhsulların əvəzinə tam taxıllı çörək, balıq, quş əti və ev yeməklərinə üstünlük verilməlidir.


"Bir ay ərzində bir faydalı vərdişi davamlı tətbiq etmək insanı risk zonasından çıxara bilər", - deyə o vurğulayıb.


Həkim qeyd edib ki, qidalanma vərdişlərini mərhələli şəkildə dəyişmək daha effektivdir və bu yanaşma yeni rejimə uyğunlaşmanı asanlaşdırır.

Tarix: 24 May 2026, 07:57   
Seçilən
61
pravda.az

1Mənbələr