Fransa hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə girişinə qadağa qoyub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
Nazirin sözlərinə görə, qərar Qəzza istiqamətində hərəkət edən humanitar flotiliya fəallarına qarşı münasibətə görə yaranan narazılıq fonunda qəbul edilib.
Barro bildirib ki, Ben-Qvirin Fransa ərazisinə girişinin qadağan olunması Parisin baş verən hadisələrə reaksiyasını əks etdirir.
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir son dövrlərdə sərt açıqlamaları və Qəzza ilə bağlı mövqeyi ilə beynəlxalq gündəmdə tez-tez müzakirə olunur.Musavat.com