AZ

“Neftçi”dən son... VİDEO

“Neftçi” Misli Premyer Liqasında cari mövsümün sonuncu – XXXIII turunun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Konfrans Liqasına vəsiqəni daha əvvəl təmin etmiş “ağ-qaralar” Bakıda “Kəpəz” ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan qarşılaşma Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Matçın ilk hissəsində qol səsi çıxmasa da, ikinci yarıya daha fəal başlayan qonaqlar 54-cü dəqiqədə Freddi Varqasın vurduğu qolla hesabı açıblar.

Lakin paytaxt təmsilçisi görüşün 65-ci dəqiqəsində meydanda azlıqda qalıb – “Neftçi”nin yarımmüdafiəçisi İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azlıqda qalmasına baxmayaraq, Yuri Vernidubun yetirmələri üstünlüyü qorumağı bacarıblar.

Bu qələbə ilə xallarının sayını 59-a çatdıran “Neftçi” 2025/2026 mövsümünü dördüncü sırada tamamlayıb. “Kəpəz” isə mövsümü 27 xalla 10-cu – sonuncu pillədə başa vurub.

"Kəpəz" - "Neftçi" 0:1

Seçilən
50
sportinfo.az

1Mənbələr