AZ

FTB əməkdaşları Ağ Ev yaxınlığında baş verən atışma yerinə gəliblər - YENİLƏNİB

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Ağ Ev yaxınlığında baş verən atışma yerinə gəliblər və Məxfi Xidmət əməkdaşlarına kömək edirlər.

APA xəbər verir ki, bu barədə FTB direktoru Keş Patel öz “X” hesabında məlumat verib.

"FTB hadisə yerindədir və Ağ Ev ərazisi yaxınlığında atışmalara cavab olaraq Məxfi Xidməti dəstəkləyir. Biz ictimaiyyəti ən qısa zamanda məlumatlandıracağıq", - o yazıb.

“DC News Now” portalının əməkdaşı Kris Fleneqan atışma zamanı ABŞ prezidenti Donald Trampın Ağ Evdə olduğunu bildirib.

"Biz karantin rejimindəyik. Prezident Tramp Ağ Evdədir", - o “Facebook” hesabında yazıb.

***

02:40

Vaşinqtonda Ağ Evin yaxınlığında 20-dən çox atəş səsi eşidilib.

APA xəbər verir ki, hazırda ABŞ prezidentinin iqamətgahının damında snayperlərin xidmət apardığı bildirilir.

Atışma olan vaxt binanın içərisində olan jurnalistlər tələsik brifinq otağına təxliyə edilib.

Bəzi məlumatlara görə, atışma Ağ Evin ərazisindən kənarda baş verib. 20-30 arasında atəş səsi eşidilib. Hadisə yerinə polis qrupları cəlb edilib.

Seçilən
76
1
apa.az

10Mənbələr