Bakı, 24 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evin yaxınlığında atışma səsləri eşidilib.
AZƏRTAC-ın məlumatına görə, 30-a yaxın atəşin açıldığı deyilir.
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə olduğu bildirilir.
Məxfi Xidmət əməkdaşları Şimal Çəmənliyindəki jurnalistləri brifinq otağına köçürüblər.
Hadisənin detalları hələlik məlum deyil.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton