AZ

ABŞ ordunu gücləndirir

ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib.

O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmin artırılması nəzərdə tutulur.

Heqset qeyd edib ki, 2026-cı il üçün nəzərdə tutulan qəbul planı tam yerinə yetirilib və orduya yeni çağırışlar davam edəcək.

Məlumata görə, ABŞ hərbi rəhbərliyi son illərdə şəxsi heyət çatışmazlığı problemini həll etmək üçün xidmətə qəbul üzrə yaş həddini də artırıb.

Seçilən
37
1
redaktor.az

2Mənbələr