AZ

Azərbaycan səfiri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş rəhbəri Qeka Qeladze ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüş zamanı səfir Faiq Quliyev Qeka Qeladzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeka Qeladze isə Azərbaycan və Gürcüstanın təhlükəsizlik qurumları arasında formalaşmış sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu tərəfdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.

Tərəflər iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərini, təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

Görüşdə regional təhlükəsizliyin təmin olunması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Seçilən
37
1
ikisahil.az

2Mənbələr