Almaniya kubokunda 2025/26 mövsümünün qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, həlledici matçda “Bavariya” “Ştutqart”la üz-üzə gəlib. Görüş Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Bavariya" 21-ci dəfə ölkə kubokunu qazanıb.
Komandanın hər üç qolunu Harri Keyn vurub. O, 55, 80 və 90+2-ci dəqiqələrdə fərqlənib. İngiltərəli forvardın son qolu penaltidən olub.
Qeyd edək ki, “Bavariya” bu mövsüm Almaniya Bundesliqasını da qazanıb. Almaniya kubokunun ötənilki qalibi isə "Ştutqart" idi.