AZ

CHP Qurultayı ilə bağlı qalmaqal böyüyür

İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib.

Pubika.aza axəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Baş Prokurorluqdan verilən açıqlamada cinayət törətdiyi hesab edilən 13 şübhəlinin saxlanıldığı bildirilib. "Şübhəlilərin İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada yerləşən evlərində axtarış, müsadirə əməliyyatı həyata keçirilib", - açıqlamada bildirilib.

Saxlanılan Gülhan Aydın, Safi Karayalçın, Melda Tanışman Tutan, Hayati Kaya, Suat Dülger, Kalender Özdemir, Özkan Deniz, İbrahim Şahin, Umut Sapan, Mehmet Ayıp Demirbüken, Metin Kaya, Gaffar Çiçek və Ayça Akpek Şenayın polis idarəsindəki işləri tamamlanıb.

13 şübhəli Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb.

Seçilən
30
4
publika.az

5Mənbələr