AZ

Məşhur tualet bağlandı – səbəb hər kəsi qorxutdu

Norveçdə turistlərin böyük maraq göstərdiyi məşhur güzgülü tualetin fəaliyyəti dayandırılıb.

Musavat.com xəbər verir ki, qərar təhlükəsizlik səbəbləri ilə qəbul olunub.

Məlumata görə, panoramik mənzərəyə malik olan və tam güzgülü divarlarla inşa edilən obyektin yerləşdiyi nöqtədən Andoya kosmodromunu izləmək mümkün olub. Hakimiyyət orqanları bunun casusluq məqsədilə istifadə edilə biləcəyindən ehtiyat etdiklərini bildiriblər.

Qeyd olunur ki, Norveçdə son dövrlər xarici kəşfiyyat fəaliyyəti ilə bağlı narahatlıqlar artıb. Daha əvvəl ölkədə Çin vətəndaşı casusluq şübhəsi ilə saxlanılmış, limanlardan birində isə peyk məlumatlarının toplanmasına xidmət etdiyi ehtimal olunan texniki qurğular aşkarlanmışdı.

Musavat.com

Seçilən
22
2
musavat.com

3Mənbələr